Ads by Google

hightechnic
Ads by Google

maas11Gələn il ölkədə əmək haqlarının artımı gözlənilir.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsinin layihəsi bu günlərdə müzakirə üçün Milli Məclisə təqdim ediləcək.

Komitə sədri qeyd edib ki, ilkin danışıqlara əsasən, büdcə proqnozları formalaşdırılarkən 1 barel neftin orta illik qiymətinin 40 dollar götürülməsi nəzərdə tutulur.

Z.Səmədzadə qeyd edib ki, gələn ilin büdcə layihəsində sosial proqramların sayının azaldılması nəzərdə tutulmur.

Komitə sədrinin fikrincə, Azərbaycan iqtisadiyyatında fəallıq artrırılmalı, ixrac potensialımız gücləndirməli, iş yerlərində ixtisarlar olmamalıdır: “Bu istiqamətdə görülən işlərin davamlılığını təmin etməliyik. Hələlik o qədər də zəruri olmayan investisiya layihələrini bir qədər ixtisara salmalıyıq. Bütövlükdə Azərbaycan iqtisadiyyatının canlanmasına nail olmalıyıq. Sosial mənzillərin tikintisinə başlanılacaq. Bu layihələrin həyata keçirilməsi şübhəsiz ki, ölkədə iqtisadi fəallığı artıracaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."