Azərbaycanda matəm elan olundu

Müəllif: Baş Redaktor

Baş Redaktor

ilhamDekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.

Qərara əsasən, 6 dekabr 2016-cı il mətəm günü elan edilib. Respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib, əyləncə xarakterli tədbirlər təxirə salınıb, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.

Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir