!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda məktəb direktoru axtarışa verilib

!Reklam – Yazi

7e5189250f66ce98b2f419dfb55e3ccaVahid Dəmirov istintaqdan yayındığı üçün axtarışa verilib

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir(APA).

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv