!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda mikroavtobus aşdı: ölənlər var - YENİLƏNİB  

!Reklam – Yazi

Sabirabad rayonunda mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, 1949-cu il təvəllüdlü Baxşıyev Xələf Əsgəralı oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb.

Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və 1946-cı il təvəllüdlü Zərbəliey Teymur Xanhüseyn oğlu ölüb.

Sürücüsü və mikroavtobusda olan sərnişinlər – 1986-cı il təvəllüdlü Amil Əhmədov, 1968-ci il təvəllüdlü Şəhla Abbasova, 1992-ci il təvəllüdlü Çimnaz Rəhmətova, 1957-ci il təvəllüdlü Böyükkişi Ağayev, 1963-cü il təvəllüdlü Zeynəb Novruzova, 1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov, 1992-ci il təvəllüdlü Mahir Həsən oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Kamran Ələkbərov, 19974-cü il təvəllüdlü Bəylər Quluzadə xəsarət alıblar.

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalara yola salınıblar.

***

Sabirabad rayonunda mikroavtobus aşıb.

Yenicag.az xəbər verir ki, hadisə Sabirabad rayon mərkəzində gedən yolda qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində iki nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.

www.yenicag.az

2737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv