!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda müəllimənin dəhşətli qətli ilə bağlı YENİ MƏLUMAT

!Reklam – Yazi

Bu gün Lənkəran rayonunun Səpnəkəran kəndində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

48 yaşlı həyat yoldaşı Maygül Əliyevanı küt alətlə amansızlıqla öldürən 49 yaşlı Rüfət Əliyev hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Bildirilir ki, ailənin 2 övladı var.

M.Əliyevanın qızı bir müddət əvvəl ailə həyatı qurub, oğlu isə Sumqayıtda ali təhsil alırmış. Dünən axşam babasıgildə qalan oğlanın yaz tətili bu gün başa çatırmış. O, səhər saatlarında əşyalarını toplayaraq Sumqayıta yola düşmək üçün evlərinə gəlib. Qapını açdıqda isə anasının qan içində qalmış meyitini aşkarlayıb.

Məlum olub ki, Rüfət Əliyev həyat yoldaşının başına küt alətlə zərbələr endirdikdən sonra qaçıb. Qeyd edək ki, M.Əliyeva ibtidai sinif müəllimi olub. Onun həyat yoldaşı isə əsəb xəstəliyindən bir neçə dəfə müalicə olunub. R.Əliyev qısqanclığı səbəbindən əvvəllər evdə bir neçə dəfə dava-dalaş salıbmış. (lent.az)

 

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv