Azərbaycanda mühafizəçi iş başında öldürüldü

Müəllif: Redaktor

Editor

BicaqSabirabad rayonunda qətl hadisəsi baş verib. 39 yaşlı kişi öldürülüb.

Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, hadişə şəhərin 20 yanvar küçəsi 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayış üçün nəzərdə tutulmayan binalardan birində gözətçi işləyən və orada da gecələyən rayon sakini, 1977-ci il təvəllüdlü Raqif Eldar oğlu İsmayılov nəzarət elədiyi həmin binanın mühafizə otağında naməlum şəxs tərəfindən sinə nahiyəsindən iki bıçaq zərbəsi alıb. Ağır vəziyyətdə küçəyə çıxmağı bacaran 39 yaşlı kişi ərazidəki insanların köməyi ilə xəstəxanaya aparılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Əraziyə cəlb edilən hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elşad Ələmdar oğlu Məmmədov tutularaq istintaqa cəlb edilib.

Öldürülən şəxs iki uşaq atası olub və tüfeyli həyat tərzi keçirirmiş. Onun hadisə zamanı da sərxoş olduğu bildirilir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb(ans)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir