Yazı İçi 468×60

narkomanqadin1Səhiyyə Nazirliyi Azərbaycanda narkomaniya ilə bağlı son statistikanı açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi statistikaya əsasən 2013-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfərdir. Onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324 nəfər, onlardan 20 nəfəri qadındır.

25-29 yaş arasında olan şəxslər 3850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil etdiyi halda, 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edir.

2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.
Hər il dünyada narkotik istifadəçilərinin sayı artır. Dünya statistikasına nəzər salsaq görərik ki, narkotiklərdən istifadə hələ 2012-ci ildə 183 000 ölüm faktına səbəb olub.

Nazirlikdən bildiriblər ki, narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı təsdiq edilib ki, iki proqram tam icra olunub.

Narkomaniyanın ilkin profilaktikası və antinarkotik təbliğatın həyata keçirilməsi məqsədi ilə bu problemin müxtəlif aspektlərini işıqlandıran “Narkotiklər barəsində həqiqəti bilin” adlı yaddaş jurnalı və “Alkoqolizm” və “Psixoaktiv maddələrdən asılılıq” adlı bukletlər hazırlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bütün şəhər və rayonlar üzrə şöbələrinə, Bakı şəhərinin ayon polis idarələrinə göndərilib(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."