!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda narkomanların sayı açıqlandı – Rəsmi

!Reklam – Yazi

narkoman1Azərbaycanda narkomaniya və toksikomaniyadan əziyyət çəkən xəstələrin statistikası açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda ölkədə 28 min 656 narkoman var. Onlardan 23 min 42 nəfəri dispanser qeydiyyatındadırlar. 5614 nəfərin müalicəsi isə profilaktik qeydiyyata götürülüb. Anonim narkomanların sayı isə 666 nəfərdir.

Narkotik asılılığı olan qadınların sayı da heç də az deyil. Belə ki, 554 qadın narkotik alüdəçisi var ki, onlardan 399 nəfəri dispanser, 155 nəfəri isə profilaktik müalicə alır. Ümumlikdə inyeksion narkotik istifadəçilərinin sayı 20276 nəfər təşkil edir ki, onlardan 409 nəfəri məhz qadındır.

Narkotikdən istifadənin ilkin mərhələsi hesab olunan taksomaniya da demək olar ki, geniş yayılıb.Nazirlikdən bildiriblər ki, hazırda ölkədə taksomanların sayı 152 nəfərdir.

Ümumilikdə 1235 nəfər narkoman qeydiyyata götürülüb, 955 nəfər isə qeydiyyatdan çıxarılıb.

Yaş kateqoriyalarına gəldikdə isə Səhiyyə nazirliyindən bildirilib ki, 14 yaşında 1, 15-17 yaşlarında 5 nəfər, 18-24 yaşlarında 1403, 25-29 yaşlarında 3999, 30-34 yaşlarında 4243, 35-39 yaşlarında 4377 nəfər narkoman var. Hətta 65 yaşdan yuxarı narkotik istifadəçiləri də var ki, onların da sayı 1305 nəfər təşkil edir.

Qeydiyyata götürülənlərin yaş qrupları ilə bağlı da rəsmi məlumat açıqlanıb. Belə ki, 14 yaşında 1, 15-17 yaşında 3, 18-24 yaşında isə 102, 25-29 yaşlarında isə 224, 30-34 yaşlarında 259 nəfər, 65 yaşdan yuxarı isə 3 nəfər qeydiyyata götürülüb(Azvision).

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv