www.sinerjipro.net

SinerjiProWide
Reklam

Naxçıvan Muxtar Respublikasının daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov vəzifəsindən azad olunub.

Bu barədə “AzPolitika” etibarlı mənbələrə istinadla bildirib. Hazırda onun səlahiyyətləri nazir müavini Səbuhi Novruzov tərəfindən həyata keçirilir.

Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması barədə qərar, naməlum səbəblərdən rəsmən açıqlanmayıb. Bəzi məlumatlara görə, nazir təqaüdə göndərilib.

Bir başqa məlumata görə, hazırda Naxçıvanın DİN sistemində əsaslı yoxlamalar aparılır.

Əhməd Əhmədov-Səbuhi Novruzov

Ə.Əhmədov 2000-ci ildən Daxili İşlər naziri vəzifəsini tuturdu. Son vaxtlar onun ətrafında hansısa proseslərin getdiyi barədə məlumatlar gəlirdi. Naxçıvanın hakim elitasında xüsusi çəkisi ilə fərqlənən Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum deyil. Bu barədə çoxsaylı ziddiyyətli şayiələr yayılıb. Lakin onların hansının həqiqətə yaxın olduğunu təyin etmək mümkün deyil.

Naxçıvan polisinə bundan sonra kimin rəhbərlik edəcəyinə gəlincə, bu sırada bir neçə namizədin adı çəkilir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 314
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."