Azərbaycanda onlayn qumarxana aşkar edildi

Müəllif: Redaktor

Editor

41478161546Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Qeyd edilən obyektdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çay evində qanunsuz onlayn qumar oyunları təşkil edən Qusar sakinləri Zakir Hafizov, Əfqan Pirmuradov və Elmar Muradov saxlanılıb. Həmçinin həmin obyektdə qumar oynayan daha 3 vətəndaş müəyyən edilərək barələrində qanuna müvafiq tədbir görülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, müştərilən tərəfindən oynanılan uduşlu kuponlar, xüsusi online qumar proqramlarında qeydiyyatdan keçmək üçün istifadə olunan elektron avadanlıqlar, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır