Azərbaycanda parlament seçkiləri: Partiyalar necə gördü?

Müəllif: Redaktor

Editor

064816Taleh Əliyev: “Bu seçkilər Azərbaycanda əvvəlki seçkilərlə müqayisədə daha qeyri-demokratik və qeyri-şəffaf keçirilən bir seçki kimi yadda qalacaq”

Asim Mollazadə: “Bu seçkilər xalqın iradəsini ifadə etdi”.

Fərəc Quliyev: “Azərbaycanda majoritar sistemlə paralel proporsional sistem də olsaydı parlamentdə fraksiya ilə təmsil olunardıq”

Elman Fəttah: “Hakimiyyət bütün seçki dairələrində xalqın ən çox ikrah hissilə yanaşdığı insanları müəyyənləşdirib təyin etməklə Azərbaycan xalqına öz münasibətini nümayiş etdirdi”

Azərbaycanda növbəti parlament seçkiləri də başa matdı. Onun nəticələrinə əsasən həmişə olduğu kimi Yeni Azərbaycan Partiyası Milli Məclisdə əksər yerlərə sahib oldu. Müxalifət isə yenə də parlamentdə çoz az nümayəndə ilə təmsil olunacaq. Aparici müxalifət partiyaları isə yenə də parlamentdən kənarda qaldılar. Görəsən, yeni seçilən parlamentə partiyaların münasibəti necədir?
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, yeni parlamentə münasibətləri mənfidir: “Hələlik təşkilata digər namizədlərimizin iştirak etdiyi dairələrdən protokollar daxil olmayıb. Gözləyirik ki, bu protokollar ümumiləşsin. Ondan sonra Ümid Partiyasının seçki ilə bağlı mövqeyi ortada olacaq. Amma izlədiyimiz, xüsusən də sosial şəbəkələrdə ayrı-ayrı dairələrdə yayılan materiallardan da görünür ki, seçki öncəsi mühit necə qeyri-demokratik idisə, bütün təşkilatlara ədalətli və bərabər şərait yaradılmamışdısa, seçki günü də bu ədalətsizliklər davam etdi. Bu fikri əksər dairələr haqqında söyləmək olar. Hesab edirəm ki, bu seçkilər Azərbaycanda əvvəlki seçkilərlə müqayisədə daha qeyri-demokratik və qeyri-şəffaf keçirilən bir seçki kimi yadda qalacaq”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə seçkilərin və formalaşan yeni parlamentin xalqın iradəsi əsasında formalaşdığını dedi: “Parlament seçilib. Beynəlxalq təşkilatlar seçkilərə yüksək qiymət verib. Burada söhbət ilk növbədə Avropa Şurasından gedir. Bu seçkilər xalqın iradəsini ifadə etdi”.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Milli Məclisin yeni tərkibinə uğurlar arzuladı: “Seçkilər və yeni seçilən parlamentlə bağlı bəyanatla çıxış etmişik. Seçkilərə 63 namizədlə qatıldıq. Onlardan 17 nəfəri qeydiyyatdan keçdi. İlkin nəticələrə görə partiyamızdan mən dairədə liderlik edirəm. Məsələyə Konstitusiya Məhkəməsində baxılacaq. Bəyanatda doğru olaraq göstərmişik ki, Azərbaycanda majoritar sistemlə paralel proporsional sistem də olsaydı parlamentdə fraksiya ilə təmsil oluna bilərdik. Çünki, digər namizədlərimiz ilk üçlükdə yer tutub. Bütövlükdə seçki çox demokratik və şəffaf keçdi. Kimin nə deməyindən asılı olmayaraq kameralar vasitəsilə hər şey şəffaf olaraq göstərilirdi. Bunu hətta minlərlə insan izlədi. Bu dəfəki seçkilər keçən dəfəkindən fərqli olaraq mətbuat işçilərinin iştirakı ilə daha ciddi şəkildə təmin olundu. Bu da şəffaf və irəliyə doğru atılan bir addımdır. Təbii ki. kiçik nöqsanlar oldu. Amma onların da vaxtında aradan qaldırılmasına nail olduq. Növbəti parlmentin işinə uğurlar arzulayırıq”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə bu parlamenti tanımadıqlarını söylədi: “Yeni parlamentə münasibətimi bir cümlə ilə ifadə edəcəyəm. Hakimiyyət bütün seçki dairələrində xalqın ən çox ikrah hissilə yanaşdığı insanları müəyyənləşdirib təyin etməklə Azərbaycan xalqına öz münasibətini nümayiş etdirdi”.

 

ELÇİN


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir