Azərbaycanda poliklinikaların sayı artırılır

Azərbaycanda poliklinikaların sayı artırılır

Müəllif: Redaktor

Editor

hastane_hospital_070315Azərbaycanda ambulator-poliklinika yardımı göstərən müəssisələrin sayı artırılacaq.

Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində qeyd olunub.

Layihəyə görə, ölkədə xəstəxanaların sayı və onların çarpayı fondu optimallaşdırılacaq. Bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sistemi yaradılacaq.

Layihədə qeyd edilir ki, səhiyyə formalarının idarəolunmasının mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş formaları müəyyən ediləcək. Bundan başqa, ilkin səhiyyə səviyyəsində göstərilən xidmətlərin həcmi genişləndiriləcək. (Trend)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti