www.sinerjipro.net

SinerjiProWide
Reklam

242714Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində növbəti reyd keçiriblər.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, Salyan rayon ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Hacıqabul rayonu Qarasu kənd sakini Vurğun Məlikov, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Butti Ghamin Ali Ahmed Almansoori, Mohamed Eisa Mohamed Hamdan Almansoori və Salem Sultan Salem Kltham Alkedən saxlanılıb. Onlardan 1 ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimələnib.

Xarici vətəndaşların ölkə ərazisindən çıxarılması və gələcəkdə Azərbaycana buraxılmaması ilə əlaqədar mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."