Azərbaycanda rubl satışı azalıb

Müəllif: Redaktor

Editor

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin noyabr ayında kommersiya banklarına xalis rubl satışı 768 337,7 min təşkil edib.

Yenicag.Az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumatına görə, əhali ötən ilin ilk 11 ayında kommersiya banklarına ümumilikdə 8 525 270,3 min rubl xalis satış həyata keçirib.

Oktyabrda əhalinin xalis rubl satışı 849 135,6 min olub. Bununla da noyabr ayında əhalinin kommersiya banklarına xalis rubl satışı oktyabr ayı ilə müqayisədə 9,5% azalıb.

Əvvəlki ilin noyabr ayında isə kommersiya banklarının əhalidən xalis rubl alışı 527 785 min təşkil edib.
Qeyd edək ki, analitiklərin hesabına görə, əhalinin xalis rubl satışının azalmasına əsas səbəb kimi turizm mövsümünün bitməsi amili göstərilir.

Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir