yenicag.az

“Azərbaycanda sahibkarlıq subyektlərinin inkişafına mane olan süni əngəllərə birdəfəlik son qoyulmalıdır” – Aydın Əliyev

“Azərbaycanda sahibkarlıq subyektlərinin inkişafına mane olan süni əngəllərə birdəfəlik son qoyulmalıdır” – Aydın Əliyev

Müəllif: Baş Redaktor

Baş Redaktor

071988fb75896670308d703f62db7354“Məlumdur ki, dünyada baş verən iqtisadi böhran neftin qiymətinin kəskin enməsi, bir sıra ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi ilə nəticələnib. Bu da, öz növbəsində, istehsalın və ticarət dövriyyəsinin həcminin azalmasına, eləcə də iqtisadi baxımdan geriləmələrə yol açıb”. “APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyevin “Xalq” qəzetindən dərc olunan məqaləsində bildirilir.

Komitə sədri yazır ki, beynəlxalq böhran, xüsusilə, son bir ildə bəzi ölkələrin iqtisadiyyatındakı tənəzzül amillərini daha da artırıb: “Neftin dəyərinin kəskin enməsi, manatın dollara nisbətən dəyərində aparılan tənzimləmələr Azərbaycan iqtisadiyyatında da müəyyən problemlər yaratmaya bilməzdi. Lakin Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar böhranın ölkəmizə təsirini minimuma endirdi. Belə ki, qeyri-neft sektorunun – ağır və yüngül sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı məqsədilə böhrandan əvvəl görülən işlər ölkəmizi dünya iqtisadiyyatında baş verən təlatümlərdən maksimum həddə qoruya bildi”.

A. Əliyevin sözlərinə görə, bu uğurlu nəticələrin təməlində duran əsas amillərdən biri də ölkəmizdə sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi, sahibkarlıq subyektlərinin inkişafı məqsədilə atılan mühüm addımlardır.

“Dövlət başçısının da bəyan etdiyi kimi, artıq Azərbaycan qəti olaraq neftdən asılılığı aradan qaldırmalı, özəl sektorun fəaliyyəti üçün bütün şərait yaradılmalı, lazımsız yoxlamalara, korrupsiya hallarına, sahibkarlıq subyektlərinin inkişafına mane olan süni əngəllərə birdəfəlik son qoyulmalıdır. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rola oynayan gömrük orqanları bir sıra tədbirlər həyata keçirir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına mühüm önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təkliflər dəyərləndirilir”, – deyə komitə sədri qeyd edib.

Gündəm, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti