yenicag.az

Azərbaycanda siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır

Azərbaycanda siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır

Müəllif: resul

Editor

Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən müəyyənləşdirilib.

Tədqiqatın nəticələrinə görə, siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır.

Siqaret çəkənlərin 15,2 faizi 20-44, 24,1 faizi 45-64 yaşlı, 16,6 faizi isə yaşı 65-dən çox olan kişilərdir.

Tədqiqatın nəticələrində həmin yaş qrupları üzrə qadınların siqaret çəkmə göstəricisi qeyd edilməyib. Amma bildirilib ki, siqaret çəkən qadınlar gündə orta hesabla 20, kişilər 15,9 ədəd siqaret çəkirlər.

Yeniçağ.Az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti