!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tanınmış alim vəfat edib

!Reklam – Yazi

Azərbaycanda alqologiya elminin banisi, tanınmış alim, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Ninel İsrafil qızı Qarayeva uzun sürən ağır xəstəlikdən sonra 85 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, Ninel Qarayeva 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub, 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Alimin elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilib, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif olunub. O, “Tərəqqi” medalı, “Əmək veteranı” medalı və “Sosialist yarışı əlaçısı” nişanına layiq görülüb.

Yeniçağ.az

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv