yenicag.az
yenicag.az

Azərbaycanda yaşayış minimumu artırılıb

Azərbaycanda yaşayış minimumu artırılıb

Müəllif: Redaktor

Editor

manat_valyuta_0Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilib.

Müvafiq qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Yenicag.az

İqtisadiyyat, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti