!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda yeni dönəm başlayır” – Azər Verdiyev

!Reklam – Yazi

verdi

Dünən Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) keçirilib. Dünən saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb. Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər. Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. Bunların sırasında AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri var. Seçkiləri 53 min 531 yerli müşahidəçi izləyib. Referendum baş tutub.

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Veridyev referendumun ölkəmizin tarixində mühüm hadisə olduğunu dedi: “Olduqca böyük bir hadisənin, tarixi gedişatın şahidi olduq. Azərbaycanda yeni dönəm başlayır. Xalqımız bir daha sağlam mövqe ortaya qoymuş oldu. Hesab edirəm bundan sonra ölkəməzidə müxtəlif sahələrdə ciddi islahatlar başlayacaq. Dünyada baş verən gərginliklər fonunda ölkəmizdə çevik idarəetmə sisteminin yaradılması zəruri idi. Azərbaycanda olduqca mühüm seçki ənənəsi formalaşıb. Referendum bunu bir daha təsdiq etmiş oldu. Əminəm ki, məlum istiqamətlərdə islahatlar ən tez bir zamanda başlayacaq və xalqımız referendumun əhəmiyyətini bir daha real olaraq hiss edəcəkdir.”

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv