yenicag.az

Azərbaycanda yeni Dövlət Agentliyi yaradılacaq

Azərbaycanda yeni Dövlət Agentliyi yaradılacaq

Müəllif: Redaktor

Editor

yoxlama_245878457676767_34786767“Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisələri var”.

Bunu Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşir və fəaliyyəti dayandırılıb.

Sektor müdiri xatırladıb ki, Naxçıvanda 1 peşə liseyi, 4 peşə məktəbi, Mədəniyyət və Turizm Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı, Sumqayıt, Göyçayda yerləşən tədris mərkəzləri, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Sumqayıt Sənaye Parkı, SOCAR-ın isə 1 müəssisəsi var. Özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin sayı isə 2-dir.

Sektor müdiri bildirib ki, respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23850 şagird təhsil alır. 2015-2016-cı il peşə məktəblərinə qəbulun 16990 nəfər olduğunu deyən N. İsmayılzadə əlavə edib ki, ilk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir.

“Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından isə 10-11%-i təhsilini davam etdirir. Dövlət ilk-peşə ixtisas təhsili müəssisələrində 5507 nəfər çalışır, onlardan 3555-i rəhbər və mühəndis-pedaqoji, 1952-si qeyri-pedaqoji işçilərdir. Hazırda peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır. Yaxın gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəklində fəaliyyət göstərəcəyi nəzərdə tutulur”, – deyə N. İsmayılzadə vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik, yeni imic və cəlbedicilikdir: “Peşə təhsili sistemində idarəetmə modelinin də dəyişilməsi istiqamətində işlər aparılır ki, bu sahədə Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir”.

Cəmiyyət, Manşet, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti