!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni növ zəhərli ilan tapılıb-Foto

!Reklam – Yazi

54691Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının əməkdaşları (biologiya üzrə fəlsəfə doktorları S.Əhmədov, T.İskəndərov, S.Bünyatova, kiçik elmi işçilər G.Qasımova, G.Qasımova) Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar.

İnstitutdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhədinə qədər uzanan kserofit dağlıq ərazilərini (dən.səv. hünd. 1000-2500 m) əhatə edir.

Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib.

Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv