yenicag.az
yenicag.az

Azərbaycanda yeni qanun – “Dini ekstremizmə qarşı mübarizə”

Azərbaycanda yeni qanun – “Dini ekstremizmə qarşı mübarizə”

Müəllif: Redaktor

Editor

14483717704411845416-1000x669Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi qəbul ediləcək.

Bu haqda millət vəkili Zahid Oruc məlumat verib. O bildirib ki, yeni qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini məsələlər komitəsinin birgə iclasında müzakirə olunacaq. Onun sözlərinə görə, layihədə ilk növbədə dini ekstremizmin nə olmasının hüquqi izahı verilir: “Ölkənin konstitusion quruluşunun, dünyəvi xarakterinin zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn cəhdlər dini ekstremist fəaliyyət kimi qəbul edilir. Burada qanunsuz silahlı birləşmələrin yaradıması eyni dərəcədə təhlükə xarakterində səciyyələnir.

Dini ayin və mərasimlərə zorən cəlb olunma, həmçinin dini təhsillə fəaliyyətə də cəlb edilmə məsələsi dini ektremist fəaliyyət kimi müəyyənləşir. Buna qarşı dövlət orqanları üzərində prinsipial vəzifə qoyulub. Bu əsasən dini ekstremizmin əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimi məsələsidir.

İndiki situasiyada Nardaranda Daxili İşlər Nazirliyinin əmri ilə bilavasitə daxili qoşunlar bu işi həyata keçirdi. Orada xüsusi fövqəladə vəziyyət elan etməyə ehtiyac olmadı. Amma xüsusi rejim tətbiq olundu. Vətəndaşların ora daxil olması zamanı müəyyən yoxlamalara məruz qalması, müxtəlif yerlərdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi kimi məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Bu vətəndaşın konstitusion hüquqlarına müdaxilə deyil. Belə bir qanunun qəbul olunması zamanın çağırışıdır. Dünyada sosial-siyasi, mədəni sahədə aparılan müharibələrin ən böyüyü dinin eksportudur. Müxtəlif dini ideologiyaların ayrı-ayrı ərazilərdə yayılmasıdır, xilafət quruculuğu planlarıdır. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsi son dərəcə vacibdir”.

Qeyd edək ki, bu gün komitələrdə birgə müzakirədən sonra qanun layihəsinin dekabrın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur(Qafqazinfo).

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti