!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb

!Reklam – Yazi

“Yeni Müsavat” Media qrupuna daxil olan Minval.info xəbər portalı yanvarın 9-dan etibarən fəaliyyətdədir.

Yenicag.az xəbər verir ki, kollektivi gənc jurnalistlərdən ibarət olan Minval.info Azərbaycan, türk və rus dillərində fəaliyyət göstərir.

Tanınmış jurnalist Məhəmməd Türkmənin rəhbərliyi ilə fəaliyyətə başlayan Minval.info Azərbaycanda və dünyada baş verən mühüm və maraqlı hadisələr barədə gündəlik operativ informasiyalar və məqalələr yayımlamağı nəzərdə tutur. Fasiləsiz rejimdə işləyən sayt daim xəbərlərlə yenilənir.

Portal siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, şou-biznes, idman, fövqəladə və kriminal hadisələr barədə, həmçinin, cəmiyyət həyatının digər sahələrinə dair informasiyalarla yanaşı, oxucularına maraqlı fotosesiyalar, videomateriallar da təqdim etməyi nəzərdə tutur.

Minval.info-nun informasiya siyasəti bütövlükdə cəmiyyətin maraq dairəsini əhatə edəcək. Yeni sayt hər bir vətəndaşın oxuyacağı, maraqlanacağı, istədiyi məlumatları ala biləcəyi və etibar edəcəyi əsas informasiya mənbəyinə çevrilmək iddiasındadır.

Portalda yaradıcı heyətin hazırladığı materiallardan başqa, yerli və xarici informasiya agentliklərinin, qəzet və jurnalların, xəbər saytlarının məlumatlarından da istifadə olunur.

www.yenicag.az

1957
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv