yenicag.az

Azərbaycanda yüksək çinli məmur bıçaqlandı

Azərbaycanda yüksək çinli məmur bıçaqlandı

Müəllif: Redaktor

Editor

Komitə sədrinin dediyinə görə “bıçağın üstünə yıxılıb”

Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri İsmayılov Bəxtiyar Məmməd oğlu bıçaqlanıb.

Bu barədə Qaynarinfo.Az-a Muxtar Respublikadakı mənbələrdən məlumat daxil olub.

Məlumatı verən mənbə Bəxtiyar İsmayılovun kimin tərəfindən bıçaqlanmasını və hadisənin səbəbini bilmir. Lakin komitə sədrinin yaxın ətrafına bildirdiyinə görə, evin mətbəxində də “bıçağın üstünə yıxılaraq” xəsarət alıb.

Tibbi yardım göstərilən Bəxtiyar İsmayılovun səhhəti hazırda normaldır.

Yenicag.az

Xəbərlər, Kriminal, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti