!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Azərbaycandakı bütün “həşəratlar” Moskvaya yığışıb” - Sərxan Kərəmoğlu - Video

!Reklam – Yazi

Hazırda Moskvada 2 fevral Gənclər Gününə həsr olunan konsert gedir. Konsert iştirakçılarının Yeniçağ.Az-a verdiyi xəbərə görə, Sərxan Kərəmoğlunun təşkilatçılığı ilə təşkil olunan konsertdə “qəza” yaşanıb. 

Belə ki, aparıcı Sərxan Kərəmoğlu ikinci deputat Astan Şahverdiyev skandalına imza atıb.

İlhamə Quliyevanın “Bəzi həşəratları Azərbaycandan çıxarmaq lazımdır” sözünü dedikdən sonra “Bütün həşəratlar Moskvaya yığışıb” söyləyib. Sərxan Kərəmoğlu bunu deyərkən əlini səhnəyə tutduğundan, yanındakılardan biri “sabah o biri kimi özünü internetdə görərsən” xəbərdarlıq edib.

Daha sonra sözünün Bakıdan gələn aktyorlara aid olduğunu bildirmək üçün “Narahat olmayın, hamısı sabah Bakıya qayıdacaq” deyə, sözünü düzəldib.

Qeyd edək ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Yeniçağ.Az

www.yenicag.az

1061
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv