Azərbaycandakı danışılmış oyunlarla bağlı – “Araşdırma davam edir, sifarişçiləri qəbul edəcəyik”

Müəllif: Redaktor

Editor

affaidmanXəbər verildiyi kimi, UEFA və digər mənbələrdən daxil olan məlumatlara əsasən, AFFA və PFL Azərbaycan Birinci Divizionunda danışılmış oyunlarla bağlı araşdırma aparır. Ancaq 6 gün öncə məsələnin araşdırılması ilə bağlı yaradılan komissiya 12 futbolçuya bəraət hüququ qazandıraraq, onların yenidən futbol oynamasına razılıq verib.

Məsələ ilə bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq.

Yeniçağ.Az-a danışan komitə sədri araşdırmaların davam ediyini bildirib:

“UEFA-dan göndərilən şübhəli oyunların müxtəlif epizodlarını izləmişik. Biz beynəlxalq qurumun bəzi oyunlarla bağlı şübhələri ilə razılaşa bilmərik. Buna görə də şübhəlilərin bəzisinin adını həmin siyahıdan çıxarmalı olduq.

Ancaq araşdırma davam edir. Hazırda yalnız futbolçularla məşğuluq. Daha sonra sifarişçiləri qəbul edəcəyik. Düşünmürəm ki, danışılmış oyunların təşəbbüskarı futbolçular özləridir. Bu, mərhələli işdir.

Öncə UEFA-nın şübhəli bildiyi bütün oyunları gözdən keçirməliyik. Daha sonra klub rəhbərlərinin, məşqçilərin fikirlərini öyrənəcəyik. Ola bilsin ki, AFFA İcraiyyə Komitəsinin növbəti iclasına kimi araşdırma başa çatsın. Çünki bu məsələ ilə bağlı yekun qərarı məhz İcraiyyə Komitəsi qəbul edəcək”.

Aygün İlqarqızı
Yenicağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır