www.sinerjipro.net

SinerjiProWide
Reklam

b41551
15 il öncə Əlixan Musayev adı sadəcə “Əbu Bəkr” məscidinə gələnlərə tanış idi. Yalnız onlar bu ismi eşidir, bu şəxslə söhbət edirdilər. Zaman keçdikcə, ona verilən imkanları dəyərləndirən Əlixan Musayev getdikcə gücləndi və məscid içində ilk parçalanmanın toxumlarını atdı. O zaman tez-tez xaricə səfər edərək, xəvaricliyin yayılması ilə bağlı müxtəlif mərkəzlərdən təlimatlar alan Ə.Musayev qısa müddət sonra məsciddən qovuldu.

maxresdefault“Əbu Bəkr” məscidindən qovulsa da, radikal fikirləri ilə ətrafını genişləndirən Ə.Musayevə heç şübhəsiz bəzi dairələrdən də dəstək gəlirdi. Əqidə etibarı ilə hakimiyyətə qarşı çıxmayan, İrana qarşı çıxan yeganə dini cərəyan-sələfilik çoxlarını narahat edirdi və Əlixan Musayev onlar üçün “uduşlu lotoreya” idi. Məhz onun vasitəsi ilə sələfiləri radikalizmə sürükləmək, bu mümkün olmadıqda isə bu görüntünü yaratmaq lazım idi.

Bunun üçün digər sələfilər sıxışdırıldığı, məscidlərə namaz qılmağa belə getmələrinə icazə verilmədiyi halda Əlixan Musayevə xəvaricliyi yaymaq üçün şərait yaradıldı. Nəticə göz önündədir:

–         Əlixan Musayevin namaz öyrətdiyi minlərlə müsəlmanı sonra radikal təkfirçiliyə yönləndirdi və onlarda hal hazırda Suriyada, İraqda, Əfqanıstanda savaşırlar. Həmin övladların anaları və həyat yoldaşları isə uşaqları ilə gözü yaşlı onların qayıtmasını gözləyir. Bəzi analar isə elə gözü yaşlıda qaldı, çünki övladlarını bir daha görə bilməyəcəklər.

–         Əsasən Rusiya və Türkiyədə yaşayan  azərbaycanlılar arasında Azərbaycan hakimiyyəti əleyhinə təbliğat apardı və dünyəvi dövlət başçılarını taqut adlandırdı.

–         Əlixan Musayevin radikallığa yönləndirdiyi Quba sakini Kamran adlı şəxs sonralar Əbu Bəkr məsçidinin partladılmasında iştirak etdi və 14 il həbsə məhkum oldu.

–         Onun təbliğatı sayəsində ölkədə əsrlərlə olmayan sünni-şiə qarşıdurması yarandı. Müşfiqabadda şiələri döyən, Sabirabada gedib, şou göstərən xəvariclərin onun tələbəsi olduqlarını bütün dini cameə təsdiqləyir.

Və bu şəxslərin fəaliyyəti nəticəsində Sabirabadda saqqal qıxma hadisəsində az qala qan töküləcəkdi, çünki Əlixan Musayev radikal tələbələrini qisas almağa səsləyirdi. Nə yaxşı ki dövlət vaxtında qarşısını aldı. İlk dəfə Azərbaycanda müsəlmanlar arasında güclü ixtilaf, dedi-qodu yayıb, bir birlərinə qarşı kin toxumlarını səpdi.

–         Onun yanlış yönləndirməsi ilə “Ləzgi” (Aşur) məscidi radikal xəvariclərin oylağına çevrildi. Xalası oğlu Mübariz ilə birlikdə məscidi Suriya üçün səfərbərlik bürosuna çevirdilər.

–         İlk dəfə Azərbaycanda gizli “Hizbut Təhrir” (Hizbuttəhrir-Özbəkistan İslam Partiyası) etiqadını yaydı, çünki özü 1992- ci ildə Özbəkistanda “Hizbut Təhrir” düşərgəsində 8 ay təlim görmüşdü.

–         Azərbaycanda sələfilər arasına ilk dəfə Hizbullahçılığı və İranpərəstliyi yaydı və İran lobbisinin Türkiyədəki əsas adamı Mustafa İslamoğlunun Bakıdakı əsas təbliğatçılarından biri oldu.

–         Onun radikal təlimləri sayəsində azərbaycanlı intihar kamikadzeləri hal hazırda İraqda İŞİD tərkibində İraq ordusuna qarşı partlayışlar törədirlər.

–          Əbu Bəkr məsçidində ulu öndər Heydər Əliyevə qiyabi cənazə qılanları dindən dönük adlandırdı. Bu fitnəni Rusiyadakı söhbətlərində illərlə davam etdirdi. Elə onun qovulduğu məsciddə ilk fitnəsi də bu idi.

–         Hər il Ramazanın başlaması və bayram namazı məsələsində Azərbaycan müsəlmanlarını bir birinə vurur. QMİ ilə bayram keçirənləri İranın nökərləri adlandırır. Amma sonra and içir ki,o QMİ-nin təqvimi ilə bayram kecirib. Ancaq istər həcc, istərsə də Ramazan məsələsində hər il ixtilafın başında dayanır.

Hal hazırda isə Suriyada, İraqda döyüşən tələbələri vasitəsi ilə Əbu Bəkr məsçidinin imamı Qamət Suleymanovun qanının halal olması fətvasını cıxardırmaq üçün çox can atır. Bu barədə İŞİD tərkibində savaşan və İŞID-dan ayrılan tələbəsinin etirafları var. Qamət Suleymanovun məhz İŞİD tərəfindən xain adlandırılması və ölüm fətvasının verilməsi üçün gecə-gündüz səy göstərir.

Fəaliyyətinin hər addımında Azərbaycanda fitnə-fəsad törədən bu şəxs Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov vasitəsi ilə dövlətin eksperti elan edilib, tanınmış ilahiyyatçı kimi təqdim olunurdu. Məhz Elşad İskəndərovun yürütdüyü yanlış siyasətin nəticəsində son bir neçə ildə Əlixan Musayev radikalizmi heç vaxt olmadığı şəkildə gücləndirdi. Bəlkə beş il əvvəl çox kiçik bir qrup lideri olduğu halda, bu gün o, xəvaric və təkfirçilərin ideoloji lideridir. Onun gizli dərslərini dinləyir, onun tələbələri vasitəsi ilə göndərdiyi mesajlarla hərəkət edən gizli xəvaric (oxu: İŞİD) ordusunun lideridir.

Son Ramazan bayramı ilə bağlı fitnəsi də göstərdi ki, onun necə ciddi və təhlükəli elektoratı var. Onun adamları nümayişkəranə şəkildə dövlətin elan etdiyi  vaxtdan bir gün öncə bayram namazı qıldılar və dövlətin qərarına itaət göstərənləri təhqir etdilər.

Bəlkə də bu səbəbdən İranın Azərbaycandakı emissarları da onu tərəf olaraq qəbul edir və işlərinə gəldiyi üçün qoruyurlar. Və ona mane olmaq istəyənlər isə zərərsizləşdirilir. 13 illik dini təbliğatın sonunda Əlixan Musayev ona olan etimadı doğrultdu. Bu gün Azərbaycanda radikal dini təfriqə meydan sulayırsa, bunu görmək istəyənlər Ə.Musayevə təşəkkür etməlidir. İtirən isə hər zaman Azərbaycandır. (azerinfo.org)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 251
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."