Yazı İçi 468×60

129458Tənzilə Rüstəmxanlı: “Gələcəkdə gərəkirsə, lazım olsa, istəsələr, Azərbaycanla Türkiyə konfederasiyaya getməklə bağlı qərar versələr…”

Zəlimxan Məmmədli: “Bir olub diri olmalıyıq ki, bizə uzanan xain əllər də az olsun”

Akif Nağı: “Mümkün variantdır, amma hazırda ayrılıqda Türkiyə də, Azərbaycan da kifayət qədər güclüdür”

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ Ərzurumda Atatürk Universitetindəki çıxışında maraqlı bəyanatlarla çıxış edib. Ən böyük arzusundan danışarkən sabiq rəis “Mənim ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır” fikrini bildirib.
Görəsən, Azərbaycanda bu ideyanın gerçəkləşməsinə necə baxırlar? Türkiyə ilə Azərbaycanın bir dövlətdə birləşməsi mümkündürmü?

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında sözügedən birləşmə ideyasını ümumən müsbət qarşıladı: “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycanla Türkiyənin bir dövlət olaraq siyasət yürütməsi, xarici siyasətdə bir olaraq hərəkət etməsi fikrimcə yetərlidir. Türk dövlətlərinin sayı nə qədər çox olsa daha yaxşıdır. Gələcəkdə gərəkirsə, lazım olsa, istəsələr, Azərbaycanla Türkiyə konfederasiyaya getməklə bağlı qərar versələr bu möhtəşəm bir hadisə olardı”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də iki qardaş ölkənin birləşməsi tərəfdarıdır: “Uzun zamandır Türkiyə ilə Azərbaycanın vahid dövlətdə, konfederasiyada birləşməsi ideyası olub. Novruz bayramında Borçalıda idim. Burada 2500 nəfərlik salonda “eyni millət, iki dövlətiksə, bir millət, bir dövlət niyə olmayaq” deyə bəyanat verdim. Bu fikrim salonda əyləşənlərin ciddi alqışlarına səbəb oldu. Bu birləşmə ideyasını müsbət mənada dəstəkləyirəm. Bizi təhdid edən qüvvələr bizləri ayırmaqla buyurmaq istəyirlər. Amm ayrılıb buyurmamaq üçün bir olub diri olmalıyıq. Onda bizə uzanan xain əllər də az olar və Böyük Turan dediyimiz ideyanın həyata vəsiqə alması üçün də münbit şərait yaranar. Türkiyə avanqarddır. İslam dünyasında modern və çağdaş dünyanın özüncə cəmləyən dövlətdir, Azərbaycan isə türk dünyasının göbəyi, mərkəzidir. Bu iki dövlətin birliyi turanın əsasıdır. O baxımdan da Başbuğun bu fikirlərini tam olaraq bölüşürəm. Siyasi institutlarda siyasi iradə olsa 2-3 ay ərzində referendumla məsələni çözə bilərik. Bununla da regionun təhlükəsizliyini təmin etməklə yanaşı, türk dünyasını parçalayanların layiqli cavabını verib dövlətlərimizin gələcəkdə ola bilər bir bayraq altında birləşdirilməsi üzərində də düşünmək olar”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Türkiyə ilə Azərbaycanın bir dövlətdə olmasını mümkün hesab etsə də, onlarıb ayrılıqda daha güclü olduqları qənaətindədir: “Türkiyə ilə Azərbaycanın bir dövlətdə birləşməsi ideyası zaman-zaman səslənib. Mümkün olan variantdır. Xoş bir arzudur. Amma hesab edirəm ki, bu günləri ayrılıqda Türkiyə də, Azərbaycan da kifayət qədər güclüdür. Bu dövlətlərin bir yerdə birləşməsinə o qədər də ehtiyac yoxdur. İki güclü türk dövlətinin olması, əlaqəli siyasət aparması, bir-birini dəstəkləməsi daha düzgün olardı. Digər tərəfdən müəyyən reallıqlar var ki, indilikdə onları nəzərə almaq lazım gəlir. Birləşmənin texniki cəhətdən də problemləri var. İki güclü türk dövlətinin olması birləşmədən daha yaxşıdır. Bu halda beynəlxalq təşkilatlarda da iki səsimiz olar”.
ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."