www.sinerjipro.net

SinerjiProWide
Reklam

Futzal üzə yığma komandanın sabiq baş məşqçisi Joze Alesio AFFA-dan üzr istəyib.

Yeniçağ.az-ın məlumatına, bu haqda AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti Zaur Axundov jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycandan qalmaqalla ayrılan braziliyalı mütəxəssis səhvini başa düşdüyü söyləyib:

“Bizə məktublar yazdı, üzr istədi, Serbiyada gördüşdük, danışdıq. Hər şey ola bilər. Baş məşqçi kim olursa-olsun nəticə lazımdır”.

Qeyd edək ki, ötən ilin oktyabrında Joze Alesio da Silva Azərbaycandan qaçıb. Belə ki, futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun baş məşqçisi gözlənilmədən Qazağıstan “Kayrat”ına keçib. Təcrübəli mütəxəssis bu addımı heç kimlə demədən atmışdı. Çünki onun müqaviləsi hələ davam edirdi.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."