www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son günlərdə qeydə alınan məhbus qaçışı və cinayətkar qruplaşmalar arasında atışmaların intensivləşməsi ölkədə krimonegen gərginliyi artırıb.

Yenicag.az xəbər verir ki, kriminal elementlərin aktivləşməsi ölkədə ictimai asayişin hansı səviyyədə qorunması məsələsini gündəmə gətirib.

Yaşadığımız həftə ərzində Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən iki məhbusun qaşması, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) terrorçulara qarşı əməliyyatı, Xırdalan və Gəncədə baş verən atışmalar ciddi ictimai narahatlığa səbəb olub.

Ölkədə kriminogen vəziyyətin nəzarətdən çıxma ehtimalını Yenicag.az-a dəyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev belə bir təhlükənin real olmadığını deyib:

“Qəti şəkildə bildirirəm ki, ölkədə kriminogen vəziyyətin nəzarətdən çıxma təhlükəsi yoxdur. Çünki bizim Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları vəziyyəti tam nəzarətdə saxlayırlar.

Əlbəttə ki, bəzi cinayətkar qruplar ara-sıra fəallaşmağa cəhd göstərirlər və bu da başa düşüləndir.

Ümumiyyətlə, Azərbaycanda cinayətkarlığın səviyyəsi MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır. Eyni zamanda, törədilmiş cinayətlərin, xüsusilə, ağır cinayətlərin açılması üzrə göstəriciyə görə Azərbaycan 90 faizlik nəticə ilə bu ölkələr arasında ön yerlərdən birini tutur. Bu, əlbəttə ki, hüquq-mühafizə orqanlarının operativ və adekvat fəaliyyətinin təsdiqidir.

O baxımdan, ölkədə kriminogen vəziyyətin nəzarətdən çıxması mümkünsüzdür. Nümunə olaraq deyim ki, mən hazırda Şəkidəyəm. İnsanlar Bakıda, yaxud da bölgələrdə günün istənilən saatında rahat, sərbəst, təhlükəsiz şəraitdə hərəkət edirlər, fəaliyyət göstərirlər. Bu da yuxarıda dediklərimin bir göstəricisidir.

Daxili İşlər Nazirliyi və Baş prokurorluğun son hesabatlarında çox sayda cinayətkar dəstələrin, mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi haqqında real məlumatlar yer alıb.

Bəzi cinayətkar qrupların fəallaşmağa cəhd göstərməsi təbiidir. Ancaq əsas məsələ budur ki, hüquq-mühafizə orqanları operativ fəaliyyətləri ilə o fəallaşmanın qarşısını qətiyyətlə alırlar.

Nəzərə alaq ki, Azərbaycanla qonşu ölkələrdə kriminogen vəziyyət xeyli kəskindir. Bu da istər-istəməz Azərbaycana da təsirsiz ötüşmür. Lakin ölkənin güc strukturları bu neqativ tendensiyaların genişlənməsinə qətiyyən imkan vermir. Bu da bizim hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlığının nümunəsidir”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1499
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."