!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi bəyanat yayıb

!Reklam – Yazi

74c599b3aac9168c27447cab4d054989“ATƏT DTİHB və Parlament Assambleyasının Azərbaycandakı seçki prosesindən özünü təcrid etməsi onların parlament seçkiləri ilə bağlı hər hansı münasibət bildirməsini istisna edir”.

Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1075 saylı iclasında 1 noyabr parlament seçkiləri ilə bağlı bəyanatında deyilir. Bəyanatda bildirilir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, ATƏT/ DTİHB Azərbaycanla bu sahədə əməkdaşlıqdan imtina edib: “Faktiki olaraq, biz ATƏT-in belə imkanı əldən verdiyini düşünürük. DTİHB direktorunun öz mandatını pozması ilə bağlı Azərbaycan hökuməti və rəhbərliyinin mövqeyi aydındır. Son iki ayda bununla bağlı ATƏT-in Daimi Şurası ilə əlaqə yaratmağa çalışdıq. DTİHB-nu inandırmağa çalışdıq ki, Azərbaycana müşahidəçi göndərməmək qərarı mənfi presedent yaradacaq. Təəssüf ki, DTİHB bizim çağırışlarımıza cavab vermədi və bu seçkilərdə Azərbaycanla əməkdaşlıqdan imtina etdi. DTİHB tərəfindən belə yanaşma mövcud vəziyyət aradan qaldırılmadan adıçəkilən institutla əməkdaşlıq perspektivlərini əhəmiyyətli dərəcədə zəiflədir”.

Bəyanatda, həmçinin o da vurğulanır ki, AŞPA, MDB, Türkdilli ölkələrin Parlament Assambleyalarının müşahidə missiyalarının hesabatları Azərbaycanda seçkilərin azad, ədalətli və demokratik keçirildiyini deməyə əsas verir.

Sonda Azərbaycanın ATƏT institutları və ATƏT, habelə Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığı davam etdirməyə hazır olduğu diqqətə çatdırılır.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv