Azərbaycanın axtarışa verdiyi rus biznesmen həbs edildi

Müəllif: Redaktor

Editor

107977_res_01Rusiyalı biznesmen German Sterliqov həbs edilib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə iş adamının vəkili Artur Ayrapetov məlumat verib. Sterliqov Domodedovo hava limanında saxlanılıb.

“Hər halda həbsin səbəbi beynəlxalq, dövlətlərarası axtarışın nəticəsidir. Bu, Müstəqil Dövlətlər Birliyinin xətti ilə həyata keçirilib”,- deyə vəkil açıqlama verib.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Qerman Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdi.

Avqustun 23-ü isə Rusiya mətbuatı İnterpolun German Sterliqovun axtarışını dayandırdığı haqda xəbərlər yaymağa başlamışdı.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır