!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın dini coğrafiyasını bilməliyik” - Əflatun Amaşov

!Reklam – Yazi

“Din-media mövzusunda bu cür tədbirlər keçirməkdə məqsədimiz odur ki, Azərbaycan jurnalistləri dinlər, mövcud vəziyyətlə bağlı müəyyən bilgiyə malik olsun. Yazı yazarkən ictimaiyyəti çaşdırmasın və ictimaiyyətə düzgün məlumatlar çatdırsın”.

Yenicag.az bildirir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda keçirilən tədbirdə bildirib.

Qurum sədri həmçinin qeyd edib ki, media nümayəndələri ölkədə dinlə bağlı gedən son proseslərdən və bu proseslərinhansı problemlər yaratmasından xəbərdar olmalıdır:

“Ümumiyyətlə Azərbaycan Respublikasının Konstitusiyasında bununla bağlı qəbul edilən qanunlarda, o cümlədən ifadə azadlığı haqqında qanunlarda birmənalı olaraq din və dövlət münasibətləri təqdim olunur. Din dövlətdən ayrılır. Biz bilməliyik ki, Azərbaycan xalqının 93 faizindən çoxu müsəlmandır. Onun da təxminən 85 faizi şiədir. Ümumiyyətlə ölkəmizdə hansı dini nümayəndələrin yaşadığını bilməliyik. Bakıda provaslav, xristian kilsəsi, alban icması var. Burada dağ və Avropa yəhudiləri, krişnaçılar yaşayır. Biz Azərbaycanın dini coğrafiyasını bilməliyik. Bundan əlavə, ölkədə dinlə bağlı gedən son proseslər və bu proseslərin hansı problemlər yaratmasından xəbərdar olmalıyıq.

Bir müddət bundan əvvəl pasportlara baş örtükləri ilə şəkil çəkdirməklə bağlı problemlər yaşandı. Qeyd edim ki, bütün bunlar, eləcə də məktəblərdə vahid geyim məsələsi ilə bağlı ortaya çıxan problemlər hələ də tam həllini tapmayıb.

Nardaran olayları, qeyri-qanuni tikilən məscidlərlə bağlı məlumatlar cəmiyyətdə müəyyən ajiotaj yaratdı. Azərbaycan İslam ölkəsidir və islami dəyərlərə həmişə yüksək qiymət verib. Hətta bu ili “İslam Həmrəylik ili” elan etmişik. Belə bir məqamda bu sayaq hadisələrin baş verməsi narahatçılıq yaradır və onların işıqlandırılıb cəmiyyətə çatdırılması jurnalistlərdən asılıdır”.

Zakirə Zakirqızı

www.yenicag.az

2706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv