Azərbaycanın dünyaya hərbi mesajı:“Cənubi Qafqazda da müharibə təhlükəsi realdır”

Müəllif: Baş Redaktor

Baş Redaktor

683784_446031Elxan Şahinoğlu: “Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir”

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan həyasızcasına bildirib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara “hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır”.

Qeyd edək ki, formata uyğun olaraq əvvəldə Dağlıq Qarabağdan kənar işğal olunmuş ərazilər azad edilməli, sonra bölgəyə sülhmərəmlılar yerləşdirilməli, qaçqınlar evlərinə qayıtmalı və son mərhələ olaraq bölgənin statusu məsələsi müzakirə edilərək referenduma çıxarılmalıdır. Amma görünür İrəvan hansısa məqsədlərinə nail olmaq üçünsə separatçılarla danışıqlara dərhal başlamağı önə çəkməyə çalışır.

Görəsən, işğalçı rejim aprel döyüşləri nəticəsində yaranmış vəziyyətdən sonra mərhələli həlli bir kənara qoyaraq separatçılarla məhz indi danışıqlara başlamağı  irəli çəkməklə hansı məqsədləri güdürlər?

elxan-sahinoglu-esasMəsələ barədə Yenicag.az-a açıqlama verən politoloq Elxan Şahinoğlunun fikrincə, İrəvan Azərbaycanın separatçı rejimlə danışıqlara məhz indi başlamalı olduğu məsələsini gündəmə gətirməklə iki məqsədə nail olmağa çalışır: “Ermənistan hakimiyyəti yeni hiyləyə əl atıb. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə “ağıllarına” gələn “danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub. Bununla zənnimcə, İrəvan iki məqsəd güdür. Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin “yox” cavabı həlledici olacaq. Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir. İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez “danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var” deyir.

Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır. Azərbaycan ordusu bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır. 60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır. Mesajı belə oxumaq lazımdır: “Sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır”.

Elçin/Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır