Azərbaycanın ən çox mənfi rəyə tuş gələn bankları hansılardır?

Müəllif: Redaktor

Editor

images Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb. Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. Şirkət banklar ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir. 2015-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 6406 xəbər yerləşdirilib. Bunlardan 6097-i neytral, 309-u isə mənfi xəbərdir. Sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli müsbət xəbər göstərilməyib. Mənfi xəbərlər arasında “liderlər”: United Credit Bank (143 xəbər), Texnika Bank (51 xəbər), Bank Respublika (42 xəbər) . Mənfi xəbərləri səbəbi korrupsiya halları və filiallarının bağlanmasıdır. Xəbər sayına görə sıralama:

1. ABB Azərbaycan Beynəlxalq Bankı 1373 xəbər

2. Unibank Kommersiya Bankı 359 xəbər

3. Texnika Bank (Bank Technique) 341 xəbər

4. Expressbank (Ekspressbank) 302 xəbər

5. Kapital Bank 301 xəbər Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 350xəbər dərc edilib. Bu xəbərlərdən 322 xəbər neytral, 28 xəbər isə mənfi xəbərdir.

Qəzetlərdə United Credit Bank (12 xəbər) mənfi xəbərlər arasında liderdir. Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 145 xəbər

2. Kapital Bank 23 xəbər

3. Texnika Bank (Bank Technique) 16 xəbər

4. Unibank Kommersiya Bankı 15 xəbər

5. Azər-Türk Bank 15 xəbər

Sentyabr ayında televiziya kanallarında banklar haqqında 18 xəbər göstərilib.

1. Kapital Bank 4 xəbər

2. VTB Bank 2 xəbər

3. DəmirBank (Azərdəmiryolbank) 2 xəbər

4. Yapı Kredi Bank 2 xəbər

5. Bank of Baku 2 xəbər


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir