!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ən yaxşı mobil operatoru müəyyən edilib

!Reklam – Yazi

Bakcell Azərbaycanın ən yaxşı mobil operatoru seçilib.

Yenicag.az xəbər verir ki, mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider və müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən aparılan sınaqlar nəticəsində Bakcell Azərbaycanda “ən yaxşı şəbəkə” (Best in Test) adına layiq görülüb.

2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində səyyar test formasında sınaqlar keçirilib.

Testlərdən əldə olunan uğurlar münasibətilə keçirilən tədbirdə şirkətin baş icraçı direktoru Nikolai Bekers çıxış edib.3G və 4G şəbəkələrinin inkişaf sürətinə görə aparıcı yerə malik olan mobil operatora beynəlxalq səviyyəli sertifikat təqdim olunub.

2018-ci ildə şirkətin fəalliyyətinin əsasən 3 istiqamətdə davam etdiriləcəyi bildirilib. Növbəti ildə xidmətdə keyfiyyətin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi və 4G internet şəbəkəsinin təkmilləşdirilməsi prioritetlər sırasındadır.

www.yenicag.az

3379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv