!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın futbol tarixi FOTOLARda

!Reklam – Yazi

Yeniçağ.az Azərbaycan futboluna aid tarixi fotoları təqdim edir. Şəkillər 76 yaşlı həkim Boris Xetaqurovun şəxsi arxivindəndir.

*1968-ci il Bakı. – “Neftçi” – “Lokomotiv” (Moskva) oyunu. Rəqib komandanın oyunçusu Vyaçeslav Şexov zədələnib, həkim Boris Xetaqurov müdaxilə edib.

Qeyd edək ki Şexov 1968-1969-cı illərdə “Lokomotiv”də oynayıb. O, 1970-ci ildə “Neftçi”yə qayıdıb.


*1974-cü il Respublika Stadionu …

*1980-ci ilin sentyabrı, Odessa. – “Neftçi” “Çernomorets” klubu ilə qarşılaşmadan İqor Ponomaryovun penaltidən vurduğu qolla 1:0 hesablı qələbə ilə ayrılıb.

Soldan-sağa: Vyaçeslav Semiqlazov, A. İsmayılov, Sergey Kramarenko , Eduard Markarov , Şövkət Orduxanov, Anatoli Banişevski, Nikolay Boqdanov, Mübariz Zeynalov, Vladimir Bruxti, Andrey Trofimov, Valeri Hacıyev, Yaşar Babayev, Kazbek Tuayev və Əhməd Ələsgərov.

*1968-ci ildə “Neftçi”.

Oturanlar soldan sağa: Adil Babayev, Anatoli Banişevski, Rafiq Əlizadə, Yuri Stekolnikov .
Ayaq üstə dayananlar – soldan sağa: baş məşqçi Əhməd Ələsgərov, həkim Boris Xetagurov, məşqçi Valentin Xlistov , komandanın rəisi Şövkət Orduxanov , Eduard Markarov, Vladimir Kosenkov, Ağasəlim Mircavadov, Valeri Hacıyev, Mübariz Zeynalov, Əli Rəhmanov, Vyaçeslav Semiqlazov, Nikolay Boqdanov, Kazbek Tuaev.

*1967-ci ildə “Neftçi” Afrikada – Atlantik sahilində, Qvineyanın paytaxtı Konakri şəhərində…
V. Xetaqurov, N. Boqdanov, R. Adıgözəlov, S. Kramarenko…

*1967-ci ildə Moskvada “Lujniki” stadionu

*1966-cı il 16 noyabr. SSRİ çempionatı, Kiyevdə “Neftçi” – “Dinamo” (Kiyev) qarşılaşması. Xetaqurov Banişevskiyə tibbi yardım göstərir.

*Azərbaycan opera müğənnisi Lütfiyar İmanova Azərbaycan futbol xadimləri nəyisə başa salır.

Soldan-sağa: Ağasəlim Mircavadov, Çingiz İsmayılov, Lütfiyar İmanovdan sonra Rauf Adıgözəlov, Boris Xetaqurov, İqor Ponomaryov.

P.S. Boris Xetaqurov ömrünün 50 ilini Azərbaycan futboluna sərf edib. Bir çoxları onu yaşayan əfsanə hesab edir. B. Xetaqurov düz 42 il “Neftçi” İSM-də baş həkim kimi çalışıb. Ancaq “Neftçi”nin yeni gələn icraçı direktoru Elnur Məmmədovla yaşanan problem üzündən klubdan istefa verib.

Boris Xetaqurov Azərbaycanın “Əməkdar həkimi”, “İdman tibbi üzrə” ali dərəcəli həkimdir.

www.yenicag.az

1654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv