!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın geosiyasəti”

!Reklam – Yazi

yunusogzugeosiyasettƏli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Məkan əlamətlərinə görə Azərbaycanın milli maraq çərçivəsinə:

· Ölkənin öz sərhədləri daxilində təzahür edən;

· regional münasibətlərdə, qonşu ölkələrlə təmasda, beynəlxalq məkanda və ya hər hansı hökumətlərarası təşkilatlar çərçivəsində təmsil olunan maraqlar daxildir”. (Bax. s. 880-881)

Qeyd edək ki, əgər əvvəllər “milli təhlükəsizlik” anlayışına əmlakın, şəxsiyyətin, cəmiyyətin, qrupların və dövlətin mühafizəsi və qorunması aid edilirdisə, müasir dövrümüzdə buraya xarici və daxili təhdidlərdən qorunması da əlavə edildi.

Göründüyü kimi təhdidlər təhlükə mənbəyi kimi daxili və xarici təhdidlərə bölünür. Bu təhdidlərin formalaşmasına görə potensial və real təhdidlərə özündə təhlükənin yaranmasını, onun ilkin şərtlərinin formalaşmasını, zərər yetirmək imkanlarını ehtiva edir. Real təhdidlər isə artıq formalaşmış hadisədir və onun zərər yetirməsi üçün bir və yaxud bir neçə amil çatışmır.

Təhdidlər xarakterinə görə təbii, antropogen və sosial təhdidlərə bölünür.

Azərbaycan polidoloqlarının düşüncələrinə istinad etsək qeyd edə bilərik ki, ümumi təhlükəsizlik prinsiplərinə, təhdidlərin növünə, miqyasına, onların təhlükəsizlik obyektlərinə təsir vasitələrinə görə Azərbaycanın təhlükəsizlik konsepsiyasında indiki zamanda milli təhlükəsizliyinin üzləşdiyi təhdidlər sırasına aşağıdakı məsələlər aid edilir:

· Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;

· qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarının yerinə yetirilməsinə qarşı yönəlmiş fəaliyyət;

· separatçılıq, etnik, siyasi və dini ekstremizm;

· terrorçuluq və kütləvi qırğın silahlarının yayılması;

· regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq;

· enerji infrastruturlarına qarşı fəaliyyət;

· xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;

· iqtisadi qeyri-sabitlik;

· peşakar insan ehtiyatlarının çatışmazlığı;

· regional hərbiləşdirmə;

· ekoloji problemlər.

***

Bu sətirləri yazarkən (2016-cı il, yanvar ayının əvvəli) oktyabr ayından (2015) dünyanın necə geosiyasi, geoiqtisadi, hərbi-geostarteji hadisələri o qədər sürətlə dəyişir ki, zamanın və olanların arxasınca sürünüb yalnız bu hadisələri izləyə bilirsən. Heç geosiyasət haqqında düşünməyə imkanın da olmur. Baxın oktyabr göstərdiyim tarixə qədər bu anlamda hadisələr baş verib:

1. Rusiya təyyarələri Suriyada guya bu ölkənin rəsmilərinin razılığı ilə İŞİD (İraq, Şam İslam dövləti) qüvvələrini ardıcıl və bu günə qədər bombalayır. Bununla da Rusiya beynəlxalq aləmdə sübut etmək istəyir ki, Yaxın Şərqdə gedən proseslərdə söz sahiblərindən biri də odur. Əslində bombalanan Suriya prezidentinə qarşı döyüşən Azad Suriya ordusu, bir də Türkiyə sərhədlərində yaşayan türkmənlərdir. Hadisələr getdikcə gərginləşir.İran tərəfi də Bəşər Əsədə dəstək verərək bu ölkənin ərazisinə 20 minlik quru qoşunları çıxardır.

2. Rusiyanı çökdürmək üçün OPEK neft hasilatını artırmaqla neftin qiymətini görünməmiş həddə aşağı salır.

3. Türkiyə Rusiyaya məxsus bombardmançısı S-24 təyyarəsinin vurur. Rusiya Türkiyə ilə iqtisadi və digər əlaqələri kəsir.

4. İŞİD Parisdə 124 nəfərin ölümü ilə nəticələnən terror aktı həyata keçirir. Bununla da Yaxın Şərq bölgəsində NATO qüvvələri daha da aktivləşir. Aralıq dənizinə NATO-nun hərbi təyyarələrini daşıyan gəmilərin hərəkətliyi intensivləşir.

5. İran-Səudiyyə Ərəbistanı arasındakı münasibətlər bir şiə liderinin edam edilməsi ilə pik həddinə çatır. Hər iki tərəf diplomatik əlaqələri kəsir. Ər-Riyadın Tehrandakı səfirliyinə hücum edilir, dağıdılır və yandırılır. Bir neçə ərəb ölkəsi İranla diplomatik əlaqəni kəsir. Bütün bunlara baxmayaraq neft yenə ucuzlaşmaqda davam edir.

6. Hadisələr Uzaq Şərqə keçir. Şimali-Koreya ( KXDP- Koreya Xalq Demokratik respulikası) dənizdə özünün növbəti hidrogen bombasını sınaqdan keçirir. Beynalxalq güclər diqqətini bu bölgəyə yönəldir. Dünya sanki çalxalanır. Hətta arada İŞİD də yaddan çıxır.

Belə faktları irili-xırdalı saymaqla qurtarmaz, çünki hadisələr getdikcə daha da sürətlənir.

Bax belə bir şəraitdə insan öz-özünə sual verir ki, Azərbaycan özünün milli təhlükəsizliyini necə qorumalıdır ki, dünyada baş verən proseslərdən az itki ilə, yaxud itkisiz çıxsın?

Burada hadisələrin izləyicisi olmaq, ona adekvat münasibət münasibət göstərmək azdır, çünki belə olan halda olanların arxasınca sürünməkdən başqa bir çarən olmayacaq. Bu təqdir də hörmətli professorun konseptual və ümumiləşdirilmiş fəlsəfi fikirləri milli təhlükəsizliyimizin təminn edilməsində çox böyük önəm daşıyır. Gəlin onun yazdığı sətirlərə müraciət edək:

“Azərbaycanın milli maraq və milli təhlükəsizliyinin təmin edilməsində birbaşa onun daxili və xarici maraqlarının düzgün müəyyənləşdirilməsi və təmin olunması mexanizmlərinin yaradılmasından asılıdır…

Milli maraqların məzmunu, çərçivəsi və ölçüləri cəmiyyətin dəyərlərini özündə əks etdirən “milli idealla”müəyyənləşir. Ümumi şəkildə götürdükdə, millətin və xalqın ən mühüm “idealını” ilk növbədə özünüqoruma, özünüyaşatma və davamlı inkişaf (yeniləşmə, təkmilləşmə və s.) maraqları təşkil edir…

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında göstərilir ki, milli maraqlar xalqımızın fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər digər tələbatların məcmusudur və aşağıdakılardan ibarətdir:

· dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi;

· Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının aşılanması;

· vətəndaş cəmiyyətinin formalaşdırılması, əsas insan hüquq və azadlıqlarının təmin olunması;

· demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmin edilməsi yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi və əhalinin təhlükəsizliyinin qorunması;

· beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizliyə, sabitliyə töhvə vermək üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;

· bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədi ilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması;

· təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə xalqımızın gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;

· milli özünəməxsusluğun və dünya azərbaycanlıları arasında həmrəyləyinin möhkəmləndirilməsi;

· xalqımızın mədəni-tarixi irsinin, mənəvi dəyərlərinin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi;

· özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialın inkişaf etdirilməsi və s”. (Bax. s. 885-887)

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv