HighTechnic

hightechnic
Ads by Google

received_10211584722432542“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin final mərhələsi başa çatıb.

Finalda “Axtar tap” (“Kod da vinci”) oyunu üzrə Binəqədi rayonunun komandası Respublika Çempionu adına layiq görüldü.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qalib komandanı təbrik edərək, kubok və medalları gənclərə təqdim etdi.

Qeyd edək ki, “Azərbaycanın İntellektual BİRincisi” layihəsində 10 regionu, 66 rayonu təmsil edən 1109 gənc iştirak edib. Layihə çərçivəsində İsmayıllı, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəmkir, Quba, Tərtər rayonlarının gənc intellektualları region turnirlərində, eyni zamanda, Bakının 11 rayonunun gəncləri “Xəmsə”, “Nə?, Harada?, Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” intellektual oyunları üzrə yarışaraq layihənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."