Yazı İçi 468×60

seyfeddintalibovKənd təsərrüfatında ixrac potensialının 50%-ni 6 sahibkar təmin edir.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu Azexport.az portalının təqdimatında çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

S.Talıbovun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının 90%-i qonşu Rusiya bazarının payına düşür: “FAO ilə araşdırma apardıq və məlum oldu ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialı 110 sahibkarın öhdəsinə düşür. Həmin sahibkarlardan 6-sı ixrac potensialının 50%-ni, ümumilikdə isə 25 sahibkar 90%-ni təşkil edir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı isə deyib ki, Tedaruk.az saytının da Azexport.az portalına inteqrasiyası ilə bağlı razılıq əldə edilib və hazırda bu inteqrasiyanın reallaşması üçün texniki məsələlər həll edilir.

Qeyd edək ki, Azərbaycanın ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56%, son 5 ildə isə 30% artıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."