!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Kosovo ilə bağlı mövqeyi dəyişməyəcək

!Reklam – Yazi

Avqustun 30-da Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Serbiya Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri Gordana Vidanovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Serbiya Gömrük Xidmətinin nümayəndə heyətinə Hüquq Mühafizə bölməsi üzrə baş direktorun köməkçisi, Risk Analizləri və Risklərin İdarə olunması Departamentinin rəhbəri, həmçinin Belqrad, Subotika və Nis gömrük ofislərinin rəhbərləri daxildir.

Komitə sədri A.Əliyev Serbiya nümayəndə heyətinin səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr bildirib ki, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayır.

A.Əliyev vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var. Azərbaycan iqtisadiyyatının inkişafı və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edən komitə sədri gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və gömrük sahəsində aparılan islahatlar barədə qonaqlara məlumat verib. Görüşdə bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər.

A.Əliyev Serbiyanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayaraq bunu siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisi kimi dəyərləndirib.

Bu ilin aprelində Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransında da Kosovonun ÜGT üzvlüyünə qəbul edilməsi məsələsində Azərbaycanın mövqeyinin dəyişməyəcəyi bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir.

Serbiya Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri Gordana Vidanovic Azərbaycana səfərindən məmnun qaldığını söyləyib, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini söyləyən nümayəndə heyətinin rəhbəri Azərbaycan Gömrük Xidmətinə ÜGT-nin qeyd edilən konfransında tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Departament rəhbəri ÜGT-nin qarşıdakı toplantısında da eyni məsələyə münasibətdə Azərbaycan tərəfinin dəstəyinə ümid etdiklərini diqqətə çatdırıb.

G.Vidanovic Azərbaycana səfərində məqsədin gömrük sahəsində tətbiq olunan yeni texnologiyalar barədə, xüsusən GPS izləmə sistemlərinin tətbiqində Azərbaycan Gömrük Xidmətinin təcrübəsini öyrənmək olduğunu diqqətə çatdırıb.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsindəki “Hədəf” mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə yaxından tanış olublar.

Yenicag.az

www.yenicag.az

1031
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv