Azərbaycanın məşhur gəncləri Moskvada mükafat alacaq

Azərbaycanın məşhur gəncləri Moskvada mükafat alacaq

Müəllif: Redaktor

Baş Redaktor

mugeniYenicağ.az xəbər verir ki, 2017-ci ilin ilk ayında Moskvada “Azərbaycan gəncləri” adlı konsert keçiriləcək.

Yanvarın 29-u, saat 18:00-da Moskvanın Ostankino Korolevskiy salonunda baş tutacaq tədbir öz möhtəşəmliyi ilə seçiləcək. Bu barədə hazırda orada fəaliyyət göstərən azərbaycanlı aparıcı Sərxan Kərəmoğlu məlumat verib: “Moskvada yaşayan azərbaycanlıları şou-biznes nümayəndələrinin iştirakı ilə möhtəşəm konsert gözləyir. Hər kəsi konsertə dəvət edirik”.

Qeyd edək ki, konsertə Azərbaycan şou-biznesinin gənc simaları da qatılacaq. Gecə təkcə oxuyub-oynamaqdan ibarət olmayacaq.

Həmin gün tədbirə dəvət alan həmyerlilərimizdən aparıcı Nəsib Nur, müğənnilərdən Elçin Cəfərov, Samir Piriyev, Gülay Zeynalova, Emil Bədəlov, Yaşar Cəlilov, Aysel Əlizadə, Yaşar Yusub, Jeyla Ramazanova, İlahə İbadova, Qurd və “Bozbash Pictures”in komandası mükafatlanacaqlar. Konsetin aparıcıları Afaq Gəncəli, Lamiyə Ələkbərova və Sərxan Kərəmoğlu olacaq.

 

Zakirə Zakirqızı
Yenicağ.az

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti