Azərbaycanın Respublika günü Moskvada qeyd olundu

Azərbaycanın Respublika günü Moskvada qeyd olundu

Müəllif: Baş Redaktor

Baş Redaktor

13293050_580585242110096_1115578446_n

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun və Azərbaycan- Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən 28 May-Respublika Günü və  İyun ayının 2-də  Bakıda keçiriləcək Dünya azərbaycanlılarının  dördüncü qurltayının əhəmiyyəti və vacibliyi mövzusunda tədbir keçirilib. Azərbaycan icması evində keçirilən tədbirdə azərbaycanlı gənclər , ağsaqqalr və bir çox diaspor fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili tədbir iştirakçılarını öz adından və ÜAK -ın Moskva bölməsinin rəhbəri Şamil Tağıyevin adından salamlayaraq, onlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışan nümayəndəlik rəhbəri İslam Şərqində ilk demokratik respublikanın Azərbaycan Demokratik Respublikası olduğunu söyləyib: “98 il öncə Azərbaycan dövlətçiliyinin əsasları qoyulub. Şərqdə ilk demokratik respublika yaradılıb. Özünün qısamüddətli tarixinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində müstəsna rol oynayıb. Böyük dövlət xadimi Məhəmmədəmin Rəsulzadə və onun silahdaşları tərəfindən qurulan dövlət 23 ay yaşamasına baxmayaraq bir çox ilklərə imza atıb . Sovetlər birliyinin süqutundan sonra müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətini yenidən qurdu , indi isə Azərbaycan prezidenti İlham Əliyev Ulu öndər tərəfindən əsası qoyulmuş həmin kursu uğurla davam etdirir və məhz bu kurs Azərbaycanın daha da inkişaf etməsinə və firəvan dövlətə çevrilməsinə xidmət edir”. Toğrul Allahverdili həmçinin Bakıda keçriləcək Dünya Azərbaycanlılarının dördüncü qurultayından söz açaraq bu bardə iştirakçılara ətraflı məlumat verib. Daha sonra çıxış edən “Şəhriyar Ədəbi -Mədəni Cəmiyyəti”nin sədri Vasif Məmmədov Xalq cumhuriyyətinin qurucuları haqqında məlumat verərək bildirdi ki , İlk dəfə olraq şərqdə yardılan demokratik respublika ADR  olub. Məhz həmin dövürdə bir cox dövlət atirbutlarımız yaradılıb , qadınlara seçki hüququ verilib, milli ordu quruculuğuna başlanıb.  Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondunun gənclər üzrə kordinatoru Araz Dövlətov gənclərə Respubilka gününün əhəmiyyəti və diaspor quruculuğu haqqında məlumat verərək gəncləri birliyə, mehribanlığa, əməkdaşlığa səsləyib.

Tədbirdə çıxış edən gənclər bir -çox maraqlı təkliflər verdilər . Sonda Respubilka günü münasibəti ilə filim və gənclərin ifasında milli musiqi alətlərimizdə musiqilər ifa edildi.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti