Azərbaycanın silah aldığı ölkələr – Prezident açıqladı

Azərbaycanın silah aldığı ölkələr – Prezident açıqladı

Müəllif: Redaktor

Baş Redaktor

yenislahlarr“Biz Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus, İsrail və digər ölkələrdən silahlar alırıq. Bu, hamıya məlumdur. Silah biznesi elədir ki, burada heç nəyi gizlətmək mümkün deyil”.

Bunu prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində bildirib.

Ölkə başçısı bildirib ki, Azərbaycan kifayət müasir silahlar alır: “Bizim Pakistandan da silah almaq niyyətimiz var. Pakistanın hərbi sənayesi olduqca inkişaf edib və Pakistan bizə dost və müttəfiq ölkədir. Lakin bu məsələdə bizim ən əsas tərəfdaşımız Rusiyadır. Səhv etmirəmsə, Rusiya ilə təxminən beş milyard dollar dəyərində müqavilələr imzalanıb ki, bu müqavilələrin böyük əksəriyyəti realizə olunub. Yəni, bu gün Azərbaycan ordusunda olan silahların əksəriyyəti Rusiya istehsalıdır. Biz bu əməkdaşlıqdan razıyıq və Rusiya silahının ciddi alıcılarından biriyik, ölkələr üzrə vəziyyətə nəzər salsaq, əməkdaşlıq səviyyəsi yaxşıdır. Lakin bizim başqa yerlərdən silah almağımız təbiidir”.

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti