Yazı İçi 468×60

trend_merkezi-bank_central_mainAzərbaycanın strateji valyuta ehtiyatları 2016-cı ilin 11 ayının sonuna 37,3 milyard ABŞ dolları təşkil edərək 28 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4 dəfə üstələyib.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında deyilir.

Qeyd olunur ki, fiskal konsolidasiya və məzənnədə baş verən dəyişikliklər strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət etməyə imkan verib. Strateji valyuta ehtiyatları hazırda ÜDM-in təxminən 100%-ni təşkil edir.

Bəyanatda bildirilir ki, Azərbaycan üçün əlverişsiz beynəlxalq konyunktur şəraitində 2015-ci ildə olduğu kimi,
2016-cı ildə də tədiyə balansı kəsirli olub. Ümumilikdə, 2016-cı ilin sonuna tədiyə balansında 5 milyard ABŞ dolları məbləğində ümumi kəsirin olacağı gözlənilir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."