yenicag.az

Azərbaycanın turizm potensialı Batumidə təbliğ olunur

Azərbaycanın turizm potensialı Batumidə təbliğ olunur

Müəllif: Redaktor

Editor

7b5b6775f9e462193527db038b1ff142Batumi şəhərində Azərbaycanın turizm potensialının təbliğinə başlanılıb.

Ölkəmizin turizm potensialının təbliği və qonşu ölkədən turistlərin cəlb edilməsi məqsədilə, Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə, Batumi Hava Limanı magistral yolunda və Kabuleti istiqamətindəki magistral yolda küçə reklam lövhələri quraşdırılıb.

Belə ki, reklam lövhələrində Bakının möhtəşəm gecə və gündüz görüntüləri, Qız Qalası tarixi abidəsinin fotoşəkillərini, həmçinin Batumi və Tiflisin görüntüləri əks olunub.

Qeyd edək ki, Baş konsulluq tərəfindən həyata keçirilən bu layihə Batumi şəhərinin meriyası tərəfindən böyük maraqla qarşılanıb və Acarıstan Muxtar Respublikasında dərc edilən “Ajara” qəzetində geniş işıqlandırılıb.(lent)

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti