www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yanvarın 20-də Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.

Yeniçağ.Az-ın “Report”a istinadən xəbər verir ki, səfir Dursun Həsənov etimadnaməsini Prezident Georgi Marqvelaşviliyə təqdim edib.

Gürcüstan dövlətinin başçısı Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

D.Həsənov etimadnaməsini qəbul etdiyinə və səmimi qəbula görə təşəkkürümü bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın dövlət başçısına çatdırıb.

Səfir fəaliyyəti dövründə strateji tərəfdaş olan ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.

Georgi Marqvelaşvili ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda birgə həyata keçirdiyimiz energetika, nəqliyyat, ticarət layihələrinin əhəmiyyətindən danışıb, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Səfir Dursun Həsənov səmimi qəbuluna görə bir daha təşəkkürünü bildirib, əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını qeyd edib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."