yenicag.az

Azərbaycanlı aktrisa erməni filmində baş rol oynadı

Azərbaycanlı aktrisa erməni filmində baş rol oynadı

Müəllif: Redaktor

Editor

4962741988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən bəhs edən Sarik Andreasiyanın çəkdiyi “Zəlzələ” filmində azərbaycanlı aktirisa Səbinə Əhmədova da rol alıb.

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdinin verdiyi məlumata görə, Səbinə filmdə Qayane obrazını canlandırıb.

Bu, Səbinə Əhmədovanın ermənilərlə ilk əməkdaşlığı deyil. Bundan əvvəl o, “erməni genosidi”ndən bəhs edən başqa bir filmdə ana rolunda yer alıb.

Səbinə Əhmədova əslən bakılıdır. 1981-ci ildə anadan olub. Atası Gülbala Əhmədov ixtisasca mühəndisdir. O, 90-cı illərdə ailəsiylə bərabər Moskvaya köçüb. Səbinə Moskva Sənət İnstitutunda təhsil alıb. O, Serqey Bezrukov, Dmitri Dyujev və Vladislav Qalkin kimi məşhur aktyorlarla birgə bir neçə rus filmlərində tərəf müqabil olub.(Lent.az)

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti