yenicag.az

Azərbaycanlı aktyor böyrəyini satmaq istəyir

Azərbaycanlı aktyor böyrəyini satmaq istəyir

Müəllif: Redaktor

Editor

245427Bir neçə gün əvvəl mediada Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun böyrəyini satacağı ilə bağlı məlumat yayılıb.

Aktyor bildirir ki, maddi vəziyyəti çox acınacaqlıdır. Ailədə yalnız o işləyir.

Yaşadığı evin kirayəsini və ailəsinin digər təlabatlarını maaşı ilə ödəməyə çalışan C. Məhərrəmov artıq buna imkanı çatmadığını, maaşının çox az olduğunu deyir. Tamaşaçılara daha çox serial və filmlərdən tanış olan aktyor, onlardan da əvvəlki kimi qazanc əldə edə bilmir.

Aktyor düşünür ki, böyrəyini satmaqla maddi problemlərini qismən də olsa, azalda biləcək.

Qeyd edək ki, Cavanşir Məhərrəmov 25 may 1986-cı ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Lütfi Məmmədbəyov adına xalq teatrında işləməyə başlayıb. 2006 -cı ildən isə Bakı Uşaq Teatrında çalışır. 2010-2012-ci illərdə Mədəniyyət və Turizm idarəsi tərəfindən “ İlin ən yaxşı aktyoru” nominasiyasında mükafatla təltif olunub. //xeber365.az

Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti