yenicag.az
yenicag.az

Azərbaycanlı alimin dünyada inqilaba səbəb olacaq nəzəriyyəsi

Azərbaycanlı alimin dünyada inqilaba səbəb olacaq nəzəriyyəsi

Müəllif: Redaktor

Editor

photo_17086Sadiq Qarayev: “Biz kainatın yaranmasını “Orbitlər nəzəriyyəsi” vasitəsi ilə izah edirik”…

I hissə

-Sadiq müəllim, gənc bir alimsiniz, eyni zamanda bir romanınız nəşr olunub. Eyni zamanda bir elmi nəzəriyyə üzərində də çalışırsınız. Zəhmət deyilsə, oxucularımıza həmin nəzəriyyə barəsində məlumat verərdiniz…

-Elmi nəzəriyyədə “Orbitlər və universal mövcudluq nəzəriyyəsi” adlanır. Nəzəriyyənin əsasında kainatın, materianın, kütlənin yaranması, sahələr, məkan və zaman yeni bir baxış bucağı ilə baxmağa çalışmışıq.

-Nədir bu yeni baxış?

– Elmdə müəyyən bir məsələni izah etmək üçün indiyə kimi olan elmi baxışları qoyuruq ortaya, sonra həmin nəzəriyyələrdə çatışmayan, qaranlıq qalan məqamları tapır və həmin bu qaranlıq, çatışmayan məqamları aradan qaldırmaq üçün yeni bir tezis ortaya atırıq. İndiyə kimi kainatın yaranması ilə bağlı bir çox nəzəriyyələr mövcud olub. Bunlardan ən məşhuru “Bing Bang” nəzəriyyəsi idi. Həmin nəzəriyyənin əsasında kainatın durmadan genişlənməsi fikri dayanır. Kainat durmadan genişlənirsə biz bunun əksini düşünəcək olsaq, o zaman deyə bilərik ki, kainat gedib hansısa bir nöqtədə birləşir və bu düşüncəni müdafiə edən alimlərin müşahidələrinə baxsaq, məsələn, amerikan alimi Edvin Habl teleskopla baxaraq deyirdi ki, Fəzada nə varsa hamısı bir – birindən uzaqlaşır. Bu haqda daha çox danışmaq istəmirəm. Bunlar düşünürlər ki, dünya mikroskopik ölçüdən də kiçik bir nöqtə kimi olub, zaman, məkan kimi anlayışlar hamısı sıfıra bərabər olub, sonra da onun partlamasından yavaş – yavaş, müəyyən mərhələrlə kainat əmələ gəlib. Sonra alimlər belə bir tezislə çıxış etdilər ki, əgər partlayış baş veribsə, orda mütləq şəkildə bir qalıq olmalıdır. Bu da enerjinin saxlanması, itməməsi qanununa söykənən bir yanaşmadır. Hətta bəzi müsəlman alimləri bunu müqəddəs kitabımız “Qurani – Kərim”lə də əlaqələndirdilər ki, orda belə bir ayət mövcuddur: “Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.(Zəriyət surəsi, 47)”. Amma bir məsələ var ki, kainat durmadan genişlənə bilməz. Çünki, onu genişlənməyə sövq edən qüvvə hər şeyi genişləndirməli idi. Günəş Yerdən bir qədər uzaqlaşmalı idi, atomlar nüvədən uzaqlaşmalı idi. Amma göründüyü kimi belə bir hal baş vermədi. Bu nəzəriyyənin özünü “Qurani – Kərim”dəki zaman, məkan anlayışları ilə müqayisə edəndə xeyli sayıda ziddiyyətlər ortaya çıxır. “Qurani –Kərim”də kainatın yaranması ilə bağlı iyirmidən artıq ayət mövcuddur və onların hamısında vurğulanır ki, Allahu – Təala kainatı, yeri – göyü hikmətlə yaratdı, həmin yaratma müddətinin altı gün olduğu qeyd olunur. Burda hər hansı bir nöqtədən söhbət getmir. Burda hətta “gün” deyəndə də bilinmir ki, bizim anladığımız gün nəzərdə tutulur, yoxsa başqa bir zaman dilimimi nəzərdə tutulur?! Elə “Qurani – Kərim”in özündə də vurğulanır ki, bizim min il kimi anladığımız, qavradığımız zaman ALLAH dergahında Bir Gündür. Bütün məsələlərdən yanaşanda görünür ki, bu nəzəriyyənin əsasında çox ciddi ziddiyyətlər var və elmin özündə əvvəli, mənşəyi bilinməyən bir nöqtənin partlaması izah edilə bilmir. Bu nə riyaziyyatla, nə fizika ilə, nə də kimya ilə açıqlamaq iqtidarında deyilik. Bu mümkün deyil. Çünki, o kainatın cəmində olan hər bir şey əgər bunlar enerjinin saxlanılması qanununa istinad edirlərsə, həmin bu nöqtəyə bərabər olmalıdır. Amma biz düşünürük ki, əksinə, bu kainatın əvvəli, səbəbi indiki kainatdan daha böyükdür. Yəni, həmişə səbəb nəticədən bir az böyük olur. Biz bütün bu qaranlıq məqamları, ziddiyyətli fikirləri araşdırmaq məqsədi ilə bir neçə yeni anlayış qəbul etmək məcburiyyətindəyik. Biz sıfır qavramına yenidən baxmalıyıq. Riyaziyyatda “0” – a “heç nə” deyirlər, amma həmin o “heç nə”yi qoyurlar 1 rəqəminin yanına olur 10. Amma əslində biz burda ayırd edib yeni bir məvhum formalaşdıra bilərik: biz o “O”la 1 – in yanına qoyulan “0” – ı bir birindən ayıra bilərik.

Bir az da paralellik haqqında danışmaq istərdim. Paralellik ilk baxışdan ola bilər, amma real məntiqə görə paralellik ola bilməz. Bunun özünəməxsus səbəbləri var. Paralellik iki düz xəttin arasındakı məsafə eyni olmalıdır. Amma təbiətin xilqətində, yaradılışın xilqətində fərqlilik mövcuddur. Hətta elementar atomıar belə bir birindən olduqca fərqlidir. Bu zaman necə olur ki, iki düz xəttin arasındaki məsafə eyni olsun?! Kənardan bu belə görünə bilər, həqiqətdə isə paralellik deyilən anlayış mövcud deyil. Alimlər ki, yerin, kosmosda olan cisimlərin bir birindən uzaqlaşmasını müzakirə edirlər, biz onun daimi uzaqlaşma olmadığını hesab edirik. Təbiətdə hər şeyin periodikdir.

-Yəni, buna bir sistem var deyə bilərik mi?

-Təbiətdə bütün hər şey, rəqs edirmiş kimi, ahəngə uyğun bir şəkildə, kombinasiyalı hərəkət edirlər. Yəni, müşahidə olunan genişlənmə kombinasiyalı və eyni zamanda mürəkkəb hərəkət formalarının bir növüdür. Bu tamamı ilə, birmənalı şəkildə uzaqlaşmaq demək deyil. Bu məsələnin bir tərəfi… ikinci tərəfi ondan ibarətdir ki, biz bütün bu hərəkətləri dəqiqləşdirmək üçün zamana, məkana və hərəkətə baxmalıyıq. Bizim cazibə sahəsi haqqında elə geniş anlayışımız mövcud deyil. Sual oluna bilər ki, bu sahələr tam sahələrdir, yoxsa zolaq – zolaq, bölüm – bölüm?! Biz də belə bir fikir irəli sürürük ki, bizə məlum olan sahələr zolaq – zolaqdır, yəni porsiyalar halındadır.

-Bütöv deyil?

-Bəli, bütöv deyil, qeyri – məhdud sahələrdir. Amma bu sahələrin sıxlaşması kütlənin yaranmasına səbəb ola bilər.

-Kütlələr bütövləşir də, belə çıxır?

-Bütövləşir, bəli. Məsələn, hərəkətin özü belə porsiyalardan, bölümlərdən ibarətdir. Hərəkətin özü addımlardan meydana gəlməkdədir. Insan yerimək üçün addımlar atmalıdır. Bir addım atır, sonra bir addım daha, bir addım da. Amma tez – tez yeriyəndə o dayanma anı hiss olunmur. Eləcə də Yer Günəşin ətrafında fırlanırmı? Bəli, fırlanır. Belə baxanda dayanmadan fırlanır həm də. Amma əslində onun da porsiyaları, bir sükunət nöqtəsi mövcuddur.

-Amma insan onu qətiyyən hiss etmir…

-İnsan onu hiss edə də bilməz. Dayanır, gedir, yavaşlayır durma səviyyəsinə kimi, sonra yenə davam edir. Eləcə də elektromaqnit dalğalarının sürəti, işığın sürəti də porsiyalarladır, bölümlərlədir, onun da bir dayanma, yavaşlama və davam etmə məqamları, nöqtələri var. Amma bəzən dayanma anı olmayan, qeyri-məhdud hərəkət işıq sürətini aşa bilər. Yadplanetlilər əgər mövcuddurlarsa, onların var olub olmaması ilə bağlı elmi cəhətdən heç nə deyə bilmərəm, onlar dünya ilə aralarında olan məsafə işıq sürətindən daha sürətli, qeyri – məhdud sürətlə gəlirlər. Yəni, onlarda belə demək mümkündürsə, qeyri – məhdud sahə qavramı mövcuddur.

-Sadiq müəllim, bəlkə bu bizim beynimizin, şüurumuzun qəbul edə bilmədiyi frekanslarla bağlıdır?

-təbii ki, insan beyninin hələ dərk edə bilmədiyi, qəbul edə bilmədiyi bir çox təbiət hadisələri, qanunları mövcuddur. Amma məsələ burasındadır ki, biz kütlənin arası kəsilməyən zamanla məkanın qarşılıqlı vəhdətindən əmələ gəldiyini düşünürük. Indi tez – tez qara dəliklərdən bəhs olunur elmdə. Hətta alimlər bu yaxınlarda bu qara dəliklərin hansısa başqa bir aləmə keçid olduğu ilə bağlı fərziyyələr də irəli sürdülər. Yəni, ora düşən hər bir şey izsiz, tozsuz yox olur, qeybə çəkilir. Hətta işıq şüaları belə həmin qara dəliklərdə yoxa çıxır. Biz qara dəliklərin məhdud olmayan, yəni qeyri –məhdud sahənin əmələ gətirdiyi daha güclü təsirə, qeyri – məhdud təsirə, enerjiyə, zamana və məkana sahib orbitlər olduğunu düşünürük. Ona görə də ora düşən hər hansı bir cisim, şüa, planet dərhal heç bir iz braxmadan yoxa çıxır, sözün tam mənasında dəyişirlər. yeni zamana, yeni məkana, yeni bir sahə formasına keçir və qeyri – məhdud şəkildə dəyişirlər. Biz kainatın yaranmasını “Orbitlər nəzəriyyəsi” vasitəsi ilə izah edirik.(reaksiya)

Müsahibə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti